Hücum edən cinayətkarlardan biri məhv edildi
Xətai rayonunda cinayət əməlini törətməkdə şübhəli bilinənlərdən bir nəfər saxlanıldı, polisə silahlı müqavimət göstərən bir nəfər məhv edildi.
Buta.tv xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat verib.
Onun sözlərinə görə, əməliyyat tədbirləri davam edir. Əlavə məlumat veriləcəkdir.