Xətai rayonunda cinayət əməlini törətməkdə şübhəli bilinənlərdən bir nəfər saxlanıldı, polisə silahlı müqavimət göstərən bir nəfər məhv edildi.

Buta.tv xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, əməliyyat tədbirləri davam edir. Əlavə məlumat veriləcəkdir.