"Tarqovı"da atışma səsləri...
Sosial şəbəkələrdə "Tarqovı"da təşvişin olduğu, atışma səslərinin gəlməsi ilə bağlı məlumat yayılıb.
BUTA.TV Bakupost.az-a istinadən xəbər verir ki, "Bravo" hipermarketində hadisəni törədənlərin zərərsizləşdirilməsi ilə bağlı əməliyyat məhz həmin ərazidə aparılıb.
Əməliyyat zamanı hadisəni törədənlərdən biri öldürülüb, digər saxlanılıb.
Hazırda ərazi polis nəzarətindədir.