Yenidən Azərbaycanda şagird bıçaqlandı
Şirvanda 11-ci sinif şagirdi bıçaqlanıb.
BUTA.TV-nin məlumatına görə, Şirvan şəhəri Yeni qəsəbədə məskunlaşan Zəngilan sakini, 2006-cı il təvəllüdlü Mahmudzadə Ülvü Azər oğlu həmyaşıdı tərəfindən bıçaqlanıb.
Şirvan Şəhər Xəstəxanasına yerləşdirilən yeniyetmə əməliyyat olunub və reanimasiyaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.