Azərbaycanda su qıtlığı getdikcə daha da artacaq.

BUTA.TV xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti İradə Hüseynova TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının Bakıda keçirilən səkkizinci iclasında deyib.

O bildirib ki, su qıtlığı biomüxtəlifliyin qorunmasına öz mənfi təsirini göstərir:

"Hər il artan səhralaşma böyük narahatlıq doğurur. Bunun üçün müvafiq tədbirlər həyata keçirilir. Hesab edirəm ki, aidiyyəti qurumlar su qıtlığı ilə mübarizədə qüvvələrini birləşdirməli, Azərbaycan təbiətinin biomüxtəlifliyinin qorunması üçün çalışmalıdır”.