Ukrayna Avropa Birliyinə namizəd statusu alarkən ölkəyə verilən yeddi tövsiyənin hər birini yerinə yetirib.

BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Baş naziri Denis Şmıqal bildirib.

“Ukrayna AB-nin namizəd statusu əldə edərkən müəyyən edilmiş yeddi tövsiyəsinin hamısına əməl edib. Bu isə bizim üzvlüklə bağlı danışıqlara 2023-cü ildən başlanmaq əzmimizdən xəbər verir”, - Şmıxal bildirib.