Mən çox ümid edirəm ki, diplomatiya üçün yer olacaq bir vəziyyət yenidən yaranacaq. Amma biz hələ buna çatmamışıq.

BUTA.TV xəbər verir ki, bunu Avstriyanın xarici işlər naziri Aleksander Şallenberq Rusiya-Ukrayna müharibəsindən danışarkən deyib.

Nazirin sözlərinə görə, Rusiya döyüş meydanında həll yollarını axtarır:

"Çox təhlükəli olardı ki, Ukrayna sülh naminə təslim olmalı, ərazisinin bəzi hissələrindən imtina etməlidir. Mənə bir şey tamamilə aydındır: Ukraynasız Ukraynanın həlli mümkün deyil”.