Tovuzda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alan şəxslər hərbçi olublar.

BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, hadisə yerində dünyasının dəyişən 1985-ci il təvəllüdlü Elçin Yaqubəliyev və xəsarət alan Vüsal Kərimov Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarıdırlar.

Baş çavuş Elçin Yaqubəliyev xidməti vəzifəsini yerinə yetirərkən onun idarə etdiyi avtomobillə “Mersedes-Benz” markalı avtomobil toqquşub.

Nəticədə E.Yaqubəliyev hadisə yerində ölüb, avtomobildə olan gizir Vüsal Kərimov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Ərdoğan sabah Qarabağa gəlir Ərdoğan sabah Qarabağa gəlir