Azərbaycanda axtarışda olan tiktoker Əmrah Məhərrəmov saxlanılıb.

BUTA.TV xəbər verir ki, Ə. Məhərrəmov Gürcüstandan Azərbaycana gələrkən Hava limanında yaxalanıb. Onun barəsində olan sənədlər toplanaraq Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Ə . Məhərrəmov barədə Daxili İşlər Nazirliyinə şikayət edilib.

Şikayət əsasında o hüquq mühafizə orqanlarına dəvət edilsə də, o məsuliyyətdən yayınıb.

Nəticədə onun barəsində cinayət işi başlanıb və o axtarışa verilib.