Şirvan şəhərində fəhlələr iş prosesində xəsarət alıblar.

BUTA.TV Report-a istinadən xəbər verir ki, iş prosesi zamanı “Şirvan OİL” şirkətinin işçiləri, Şirvan şəhər sakinləri, 1965-ci il təvəllüdlü İlyas Ağaməli oğlu Mahmudov və 1973-cü il təvəllüdlü Şamil Əvəz oğlu Şükürovun üzərinə dəmir parçaları düşüb.

Nəticədə hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Tək oğlunu Vətənə qurban verən şəhid atası: ‘10 illik əlillik pensiyamı kəsdilər’ Tək oğlunu Vətənə qurban verən şəhid atası: ‘10 illik əlillik pensiyamı kəsdilər’