Bakı metrosunda ölüm hadisəsi...
Bakı Metropoliteni QSC-nin "Xalqlar Dostluğu" stansiyasında sərnişin vəfat edib.
Bu barədə BUTA.TV-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, "Dərnəgül-Həzi Aslanov" marşrutu üzrə hərəkət edən qatarın maşinistinə bir kişi sərnişinin özünü pis hiss etməsi barədə məlumat verilib:
“Dispetçerə daxil olmuş məlumat əsasında, sərnişin "Xalqlar dostluğu" stansiyasında düşürülüb, təcili tibbi yardım çağırılıb. Amma onun qatardan düşürülənə qədər dünyasını dəyişdiyi məlum olub”.
İnəkdən sağılan və balalarına içirdilən süd də uçota alınacaq - Yeni qərar