Bakıda darvazanın üzərindəki “Zapı” düşürüldü - FOTO
Bakının Binə qəsəbəsində darvazanın üzərinə “Zapı” markalı avtomobilin qoyulması müzakirələrə səbəb olub.
BUTA.TV-nin xəbərinə görə, “Zapı”nın qeydiyyat nişanındakı 313 rəqəmi diqqət çəkib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, məsələ ilə bağlı tədbir görülüb. “Zapı” kran vasitəsilə götürülüb.