Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Prezidenti Co Baydenin “erməni soyqırımı” iddialarına cavab verib.

BUTA.TV xəbər verir ki, bu barədə Çavuşoğlu Tvitterdə yazıb.

O siyasi şarlatanların yenidən səhnəyə çıxdığını bildirib:

“Siyasi bəyanatlarla tarixi yenidən yazmaq olmaz. Türk xalqına tarix dərsi vermək heç kəsin həddinə deyil”, - o deyib.

Xatırladaq ki, bundan öncə Bayden 1915-ci il hadisələrini “soyqırımı” kimi qiymətləndirmişdi.