Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Ata İttifaqı”ndan prezidentliyə keçmiş namizəd Sinan Oğanın onu dəstəkləməsinə münasibət bildirib.

BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-nin canlı yayımında deyib.

“Bu bizim gözləntimiz idi. Müxalifətin Sinan bəyə qarşı qaralama kampaniyası aparacağını gözləyirdik. Amma Sinan bəy açıqlaması ilə mövqeyini ortaya qoydu. Mayın 28-də millətimin mövqeyi Sinan bəyin mövqeyi ilə birləşəcək. Ümid edirəm ki, yerli və milli anlayışla ikinci dövrə girəcəyik”, - deyə Ərdoğan vurğulayıb.

Qeyd edək ki, ATA İttifaqının Türkiyə Prezidenti postuna namizədi Sinan Oğan ikinci turda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini açıqlayıb.