Azərbaycanın FİFA referisi Əliyar Ağayevin 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatında idarə edəcəyi növbəti oyun açıqlanıb.

BUTA.TV xəbər verir ki, Azərbaycan təmsilçisi C qrupunun III turunda Almaniya - İngiltərə matçını idarə edəcək.

Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək.

Qeyd edək ki, iyunun 28-də "Batumi Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Qitə çempionatı Gürcüstan və Rumıniyada təşkil olunur. Əliyar Ağayev daha əvvəl A qrupundakı Belçika - Niderland (0:0) matçının baş hakimi olub.