Bakıda dəhşət: Qardaş bacısını yumruqla öldürdü
Avqustun 2-də saat 13 radələrində Binəqədi rayonu Binəqədi qəsəbəsində evlərin birində 1965-ci il təvəllüdlü Məlahət Vaqif qızı Əfəndiyevanın yumruq zərbəsindən aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən BUTA.TV-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onun qardaşı 1967-ci təvəllüdlü Azər Vaqif oğlu Əfəndiyev polisə gələrək təslim olub.
O, saxlanılıb.
İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.
İnəkdən sağılan və balalarına içirdilən süd də uçota alınacaq - Yeni qərar