Türkiyənin meqastarı Tarkan Bakıda konsert verəcək.

Kult.az xəbər verir ki, bu barədə İticket.az saytı məlumat yayıb.

Konsert noyabrın 25-i “Bakı Kristal Zalı”nda baş tutacaq.

Qeyd edək ki, sabahdan satışa çıxarılacaq biletlərin qiyməti minimum 50, maksimum isə 300 manat olacaq.