Kristiano Ronaldo Bakıya gəlir - SƏBƏB
Portuqaliyalı ulduz Kristiano Ronaldo Azərbaycana gəlir.
Offsideplus.az-ın əldə etdiyi məlumata görə, "Əl-Nəsr"də çıxış edən 38 yaşlı hücumçu Bakıya səfər edəcək.
Səfər reklam çəkilişi məqsədilə baş tutacaq. Belə ki, Ronaldo qida məhsulu firmalarından birinin reklam siması olacaq. Səfərin tarixi hələ ki bəlli deyil.