Qusar rayonunda, istirahət mərkəzində 5 nəfər zəhərlənib.

BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə Qusar rayonunun Caqar kəndində, "Park Qusar" istirahət mərkəzinin ərazisində qeydə alınıb.

Belə ki, istirahət edən sakinlər - 1973-cü il təvəllüdlü Aynurə Bəhram qızı Fərzəliyeva, 2003-cü il təvəllüdlü Bəhram Mübariz oğlu Xanıyev, 1986-cı il təvəllüdlü Fərid Zaman oğlu Əsgərli, 1997-ci il təvəllüdlü Aygül Mübariz qızı Xanızadəvə 2002-ci il təvəllüdlü Qızbəs Fəhruz qızı Fərzəliyeva zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına aparılıblar.

İlkin ehtimala görə, həmin şəxslər qəbul etdikləri qidadan zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

İnəkdən sağılan və balalarına içirdilən süd də uçota alınacaq - Yeni qərar İnəkdən sağılan və balalarına içirdilən süd də uçota alınacaq - Yeni qərar