Lunyov “Qarabağ”da nə qədər qazanacaq?
“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
BUTA.TV Sport24.ru-ya istinadən xəbər verir ki, “atlılar” rusiyalı qolkiper Andrey Lunyovlə razılaşıb.
31 yaşlı qapıçı artıq Bakıdadır və tibbi müayinədən keçdikdən sonra klubla 2 illik müqavilə imzalayacaq.
Lunyov “Qarabağ”da mövsümə 200 min avro maaş alacaq.
Qeyd edək ki, qolkiper karyerası ərzində “Torpedo”, “İstra”, “Ufa”, “Bayer” və “Zenit”də forma geyinib.
Bakı İsraildən niyə vaz keçə bilmir?