Rusiyanın 50 il sonra Aya göndərdiyi stansiya qəzaya uğradı
Rusiyanın Aya göndərdiyi “Luna-25” avtomatik stansiyası qəzaya uğrayıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Roskosmos”dan məlumat verilib.
“İlkin təhlilin nəticələrinə görə, faktiki impuls parametrlərinin hesablanmış göstəricilərdən kənara çıxması səbəbindən “Luna-25” stansiyası Ayın səthi ilə toqquşması nəticəsində fəaliyyətini dayandırıb”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, Rusiya 50 il sonra ilk dəfə Aya missiya göndərmişdi.