Rusiya Aerokosmik Qüvvələri Krım yaxınlığında kəşfiyyat aparan “MQ-9 Reaper” və “Bayraqdar TB2” PUA-larının uçuşunu qeydə alıb.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, kəşfiyyata qarşı mübarizə məqsədilə hava hücumundan müdafiə qüvvələrinin növbətçi hissəsindən iki qırıcı havaya qaldırılıb.

Görülən tədbirlər nəticəsində PUA-lar uçuş istiqamətini dəyişərək ərazini tərk ediblər.