Əməkdar artist Elnarə Abdullayeva plastik əməliyyat etdirəcək.

BUTA.TV xəbər verir ki, xanəndə gözünün üstündəki artıq ətdən və gözaltı qırışlardan xilas olmaq üçün bıçaq altına yatacaq. Bu haqda aparıcı-aktyor Sərxan Kərəmoğlu paylaşım edib.

Elnarə bildirib ki, eyni zamanda gözlərini dartdıracaq. O, "qazayağı" görünüşdən xilas olmaq istədiyini vurğulayıb: "İynə vurdurdum, pis oldum, səsim də batdı. Mənə iynə düşmür". Qeyd edək ki, E.Abdullayeva hər zaman açıqlamalarında plastik əməliyyatı pisləyir, heç vaxt etdirməyəcəyini deyirdi.