"Xutor" tunelində qəza: tıxac yarandı
Bakıda Ziya Bünyadov prospekti, "Xutor" tunelinin çıxışında yol-nəqliyyat hadisəsi baş verib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) BUTA.TV-a verilən məlumata görə, qəza səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.
Əraziyə yol polisi əməkdaşları cəlb olunub və sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.