UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab qarşılaşmalarına start verilib.

BUTA.TV xəbər verir ki, ilk oyun günündə üç görüş keçirilib.

“Qalatasaray” komandası Türkiyədə Norveç “Molde”sini qəbul edib. NEF stadionunda oynanılan görüş İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb

Səfərdə baş tutmuş ilk matçda 3:2 hesabı ilə qalib gələn Türkiyə çempionu iki görüşün nəticəsinə əsasən, qrup mərhələsinə vəsiqə qazanıb.

Digər oyunlarda Portuqaliya "Braqa"sı Yunanıstanda "Olimpiakos"u 1:0, "Yanq Boyz" isə İsveçrədə İsrailin "Makkabi" (Hayfa) komandasını 3:0 hesabı ilə məğlub edərək qrup mərhələsində iştirak hüququ əldə edib.

Qeyd edək ki, mərhələnin digər oyunları bu gün keçiriləcək.

Bakı İsraildən niyə vaz keçə bilmir? Bakı İsraildən niyə vaz keçə bilmir?