ABŞ Prezidenti Co Bayden ölkədəki iqtisadi vəziyyətlə bağlı çıxışında gözlənilmədən rusiyalı həmkarı Vladimir Putinlə Cenevrə görüşünü (2021-cü il, iyul – red.) xatırladıb.

BUTA.TV xəbər verir Ağ Ev rəhbəri həmin vaxt Putinə Pekinin Moskvaya o qədər də hörmət etmədiyini söyləyib.

Bayden görüşdə Putinlə strateji stabilliyi müzakirə etdiyini bildirib:

“Putin bu mövzuya həvəsinin olmadığını, ABŞ-ın Rusiyanın Çini danışaqlara cəlb edəcəyini gözlədiyini bildirib. Mən isə dedim ki, Çini cəlb edəcəyinizi gözləmirəm, bir çox probleminiz var. Çin sizə elə də ciddi hörmət bəsləmir”.

“Zakir paşa xəstələndi, COVID oldu” - Video “Zakir paşa xəstələndi, COVID oldu” - Video