ABŞ-da yaşayan yəhudi tədqiqatçı və iranşünas Brenda Şaffer Avropa Şurasının Prezidenti Şarl Mişelin Qarabağla bağlı paylaşımına cavab verib.

BUTA.TV xəbər verir ki, bu barədə o, özünün X sosial media hesabında yazıb.

“Ora “Dağlıq Qarabağ vilayəti” deyil. Sovetlər Birliyi 30 il əvvəl dağılıb. Ora Qarabağ bölgəsidir”, - Şaffer yazıb.

Qeyd edək ki, Avropa Şurasının Prezidenti Şarl Mişel özünün X hesabında “Bu gün keçmiş “Dağlıq Qarabağ” vilayətindən sarsıdıcı xəbərlər gəlir" paylaşımı edib.

Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu