Yevlax rayonu ərazisində bu gün saat 13 radələrində ağır yol qəzası baş verib.

BUTA.TV Trend-ə istinadən xəbər verir ki, Xaldan dairəsindən Şəkiyə gedən yolda xanım sürücünün idarə etdiyi “Porşe Kayen” markalı avtomobil yoldan çıxaraq aşıb. Belə ki, hadisə nəticəsində sürücü və avtomobildə olan 4 qadın sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisəni görən digər şəxslər polisə və təcili tibbi yardıma məlumat veriblər. Görüntüləri təqdim edirik: