İlon Mask bu gün Bakı konfransında çıxış edəcək
“SpeysX” şirkətinin rəhbəri İlon Mask bu gün 74-cü Beynəlxalq Astronavtika Konqresində çıxış edəcək.
BUTA.TV xəbər verir ki, Mask Heydər Əliyev Mərkəzində keçiriləcək tədbirə virtual olaraq qatılacaq.
Məlumata görə, onun çıxışı Bakı vaxtı ilə saat 17:45-də baş tutacaq.
Çıxış Beynəlxalq Astronavtika Federasiyanın veb-saytında, Yutub kanalında, eyni zamanda 74-cü Beynəlxalq Astronavtika Konqresinin X (keçmiş Twitter) platformasındakı rəsmi səhifəsində canlı olaraq yayımlanacaq.