Türkiyə bazasına xain hücum: 8 yaralı var
Suriyanın Dabık bölgəsində yerləşən Türkiyə ordusuna məxsus hərbi baza terrorçuların raket hücumuna məruz qalıb.
BUTA.TV Türkiyə mediasına istinadən xəbər verir ki, Tel-Rıfat bölgəsindəki PKK/YPG terrorçularının xain hücumu nəticəsində 5 xüsusi təyinatlı polis və 3 hərbçi yaralanıb.
Yaralılar ərazidən təxliyə edilərək Qaziantep və Kilisdəki xəstəxanalara çatdırılıb.
Hücumdan sonra sərhəd bölgəsi və Suriyanın daxilindəki qoşunlar terrorçuların olduğu ərazini raket və top atəşinə tutub.