Xankəndi yaxınlığındakı yanacaq məntəqəsində baş verən irimiqyaslı partlayış nəticəsində yaralanan və hazırda çox ağır vəziyyətdə olan 7 erməni Fransa və Bolqarıstana aparılıb.

BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi açıqlama verib.

“Vəziyyəti son dərəcə ağır qiymətləndirilən xəstələrin durumu hazırda stabilləşib və daşınmağa hazırdırlar”, - məlumatda deyilir.

Bu xəstələrin uzunmüddətli və kompleks müalicə tələb etdiyi qeyd edilir.