Ermənilərə məxsus kvadrakopter zərərsizləşdirildi
Oktyabrın 8-i saat 12:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus kvadrakopter Azərbaycan Ordusunun Kəlbəcər rayonu Qılınclı dağı istiqamətində yerləşən bölmələrinin müdafiə mövqeləri üzərində kəşfiyyat xarakterli uçuş həyata keçirməyə cəhd göstərib.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib. Bölmələrimiz tərəfindən aşkar olunan kvadrakopter xüsusi texniki vasitələrlə zərərsizləşdirilib.