Bakıda 67 yaşlı şəxs imtahan zamanı öldü
Bakıda imtahan zamanı ölüm hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, oktyabrın 8-də saat 09:30-da Bakı Biznes Universitetində Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan Peşəkar Mühasib Sertifakti imtahanında imtahan vermək üçün gəlmiş 1956-cı il təvəllüdlü Alxaz Abid oğlu Qəribov vəfat edib. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.