Müşviq həyat yoldaşından ayrıldı - FOTO
Aktyor Müşviq Şahverdiyev və həyat yoldaşı Aynurə ayrılıb.
BUTA.TV-nin əldə etdiyi məlumata görə, cütlük aylar əvvəl ailə həyatına son qoyub. Aynurə övladı ilə birlikdə Ukraynada yaşayır. Qeyd edək ki, Müşviq və Aynurə 2017-ci ildə ailə qurub. Onların 2019-cu ildə bir oğul övladı dünyaya gəlib. Onlar sonuncu dəfə ötən ilin fevralında Dubayda istirahət edərkən birlikdə foto yayımlayıblar.
