Azərbaycanın xalq artisti EMİN ənənəvi qış konserti ilə Heydər Əliyev Sarayının səhnəsinə qayıdır.

Kult.az xəbər verir ki, dekabrın 8-də müğənni tamamilə yeni proqramla böyük solo konserti təqdim edəcək.

Proqrama yeni işıq üzü görəcək ingilis dilindəki albomdan mahnılar, eləcə də yeni aranjimanda səslənəcək rus dilində hitlər daxildir: "MMM", "Angel Bes", "Otpusti i leti"," Zabıt tebya" və s.

Biletlər artıq satışdadır və onları saytdan, proqram əlavəsindən, eləcə də iTicket.Az kassalarından əldə etmək mümkündür.

Sabah Bakıda bu yollar qismən bağlı olacaq Sabah Bakıda bu yollar qismən bağlı olacaq