Bəxtiyar Hacıyevin aclıq aksiyasını dayandırdı
Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin aclıq aksiyasını dayandırdığı bildirilir.
Bu barədə AzadlıqRadiosuna oktyabrın 11-də fəalın yaxınları məlumat verib. Onların sözlərinə görə, Hacıyev aclığı yaxınlarının və dostlarının xahişini nəzərə alaraq dayandırıb: "Aclıq onun səhhəti üçün ciddi fəsadlar yarada bilərdi deyə o, aksiyanı dayandırıb".
Bu məlumatı, hələlik, rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.