Oktyabrın 13-də saat 12:30 radələrində Bakı şəhərinin Sabuçu rayonu Bakıxanov qəsəbəsində 1988-ci il təvəllüdlü Elməddin Ədilxan oğlu Hüseynovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BUTA.TV-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, 1984-cü il təvəllüdlü Nəsimi Sətdar oğlu Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisə şəxsi münasibətlər zəminində olub.

Araşdırma aparılır.