Sülhməramlıların daha bir postu ləğv edildi
Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti daha bir müşahidə məntəqəsini ləğv edib.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qurumdan bildirilib ki, sentyabrın 19-dan Rusiya sülhməramlılarının ümumilikdə 8 müşahidə və 15 müvəqqəti müşahidə məntəqəsi ləğv edilib.
“Son sutka ərzində Rusiya sülhməramlı kontingentinin məsuliyyət daşıdığı ərazidə atəşkəs rejiminin pozulması faktı qeydə alınmayıb”, - məlumatda qeyd olunub.