Bakı sakini ov tüfəngi ilə öldürüldü
Bakı sakini ov tüfəngi ilə qətlə yetirilib.
DİN-in mətbuat xidmətindən BUTA.TV-a bildirilib ki, hadisə oktyabrın 17-si saat 15 radələrində paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1971-ci il təvəllüdlü Arif Yusif oğlu Fətullayevin ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq