Növbəti intihar: Həkim qardaşının toyuna 10 gün qalmış intihar etdi - FOTO
Yevlaxda 33 yaşlı kişi özünü öldürüb.
“BUTA.TV” xəbər verir ki, Yevlax şəhərinin Nizami prospektində yaşayan və stomatoloq işləyən, 1990-cı il təvəllüdlü Nicat Raqif oğlu Əjdərli özünə məxsus stomatoloji kabinetdə intihar edib. Onun naqildən asılı vəziyyətdə qalmış meyiti ailə üzvləri tərəfindən aşkarlanıb. Bildirilir ki, bu ayın 28-də N.Əjdərlinin qardaşının toyu planlaşdırılırmış.
Faktla bağlı araşdırma aparılır.