Rusiya təyyarəsi Tacikistanda qəzaya uğradı
Rusiyaya məxsus İl-76 hərbi-nəqliyyat təyyarəsi Tacikistanın Qissar aviabazasında qəzaya uğrayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Teleqram kanallarında məlumat yayılıb.
Qəza zamanı ekipaj heyətindən xəsarət alan olmayıb.
İlkin ehtimala görə, hadisəyə səbəb uçuş zamanı təyyarənin mühərrikində yanğının baş verməsi olub.