İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin sabiq rəisi Cavanşir Eldar oğlu Nuriyev yeni vəzifəyə təyin edilib.

BUTA.TV Qaynarinfo.az-a istinadən xəbər verir ki, C.Nuriyev Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlinin müşaviri təyin olunub.

Qeyd edək ki, Cavanşir Nuriyev ədliyyə nazirinin müavini Eldar Nuriyevin oğludur.