Bakıda restoran sahibi yolu zəbt etdi: DYP-dən açıqlama
Bakıda yolun hərəkət hissəsini zəbt edən restoran sahibi barədə tədbir görülüb.
BUTA.TV xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.
O qeyd edib ki, paytaxt ərazisində yolun hərəkət hissəsini qanunsuz olaraq zəbt edən restoran sahibi barəsində qanuna müvafiq tədbirlər görülərək mövcud problem aradan qaldırılıb.