Ermənistanın müdafiə naziri Suren Papikyan oktyabrın 22-də Fransaya gedib.

BUTA.TV xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

"Fransanın Silahlı Qüvvələr naziri Sebastyan Lekornunun dəvəti ilə Ermənistanın müdafiə naziri Suren Papikyan oktyabrın 22-də Fransaya işgüzar səfərə gedib",- məlumatda deyilir.

Qeyd edək ki, bundan əvvəl Lekornu bildirmişdi ki, Paris və İrəvan Fransa silahlarının alınmasına dair razılaşmaları rəsmiləşdirmək niyyətindədir.

Zeynəb Əkbər