Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB-dən açıqlama
Aparıcı Elgiz Əkbərin Yutub kanalında yayımlanan "Şadlıq olsun" layihəsi ilə bağlı ARB telekanalı açıqlama yayıb.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, bu barədə kanalın mətbuat katibi Mail Əsgərov sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd olunub ki, Elgiz Əkbərin özünə məxsus Yutub kanalında yayımlanan "Şadlıq olsun" layihəsinin ARB televiziyası ilə heç bir əlaqəsi yoxdur:
"Layihənin çəkilişləri zamanı ARB televiziyasına məxsus texniki avadanlıqdan, pavilyondan və əməkdaşların xidmətindən istifadə olunmur. Qeyd edək ki, Elgiz Əkbər hazırda ARB televiziyasının əməkdaşı olsa da, hələ ki televiziyanın heç bir layihəsində iştirak etmir və hər hansı layihə üzrə öhdəlik daşımır".
Qeyd edək ki, bu ilin əvvəlində bir neçə aparıcı ilə yanaşı, Elgiz Əkbərin də "Elgizlə izlə" verilişi bağlanmışdı.
Xəyanət cəmiyyətimizi məhv edir...