HƏMAS kimyəvi silah hazırlayır?
İsrail ərazisinə daxil olan HƏMAS hərəkatının üzvlərində kimyəvi silahların hazırlanması ilə bağlı təlimatlar var idi.
BUTA.TV xəbər verir ki, bu sözləri İsrail Prezidenti İshaq Hersoq deyib.
“Sianidlə qeyri-peşəkar kimyəvi silahın necə hazırlanması ilə bağlı bu təlimatlara baxdığımızda vəziyyət olduqca şokedicidir”, - deyə Hersoq bildirib.