Qubada mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var.

BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə Quba-Xaçmaz avtomobil yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Quba-Zərdabi" marşrutu üzrə işləyən “Mersedes” markalı mikroavtobusla VAZ-2106 markalı minik avtomobili toqquşub.

İlkin məlumata görə, hadisə nəticəsində 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Quba Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.

Qəzanın səbəbləri araşdırılır.