Pərvinin səs-küy doğuran şalvarı: Qiyməti bilindi - FOTO
Aktrisa Pərvin Abıyevanın bir neçə gün əvvəl geyindiyi şalvar söz-söhbətə səbəb olub və izləyiciləri aktrisanın alt geyiminin göründüyünü zənn edib.
Buta.tv xəbər verir ki, Pərvin özü şərhlərə cavab verib: "O, düşündüyünüz kimi tumuş deyil. Şalvara bitişikdir. Sadəcə yuxarısı var, altı yoxdur".
Sənətçinin geyindiyi “Alexander Wangngy” markalı bikini görüntülü şalvarın modelidir. Şalvarın qiyməti 425 dollar, təxminən 722 manatdır.