Oktyabrın 26-da saat 16 radələrində 1982-ci il təvəllüdlü Asif Arif oğlu Həşimovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə Şəki Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Bu barədə BUTA.TV-a Daxili İşər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən Şəki rayon sakini, 1988-ci il təvəllüdlü Cavid Beybud oğlu İsayev könüllü olaraq polisə təslim olub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qətlə yetirilən şəxs Oğuz rayon sakinidir.

Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq