Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçən yük nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib.

Dövlət Gömrük Komitəsindən BUTA.TV-a verilən məlumata görə, yoxlama zamanı yük nəqliyyat vasitəsinin müxtəlif yerlərindən 10 ədəd külçə formasında 999,9 əyarlı, ümumi çəkisi 22,55 kq olan gümüş aşkar edilib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

İnəkdən sağılan və balalarına içirdilən süd də uçota alınacaq - Yeni qərar İnəkdən sağılan və balalarına içirdilən süd də uçota alınacaq - Yeni qərar